Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisəsində yubley tədbiri – 50 illik yubileylər qeyd olundu

Məktəbəqədər təhsil müəssisəsində yubley tədbiri – 50 illik yubileylər qeyd olundu
Qazax şəhər 6 nömrəli Körpələr Evi–Uşaq Bağçasının tərbiyəçi müəllimi Mustafayeva Səlimə Vidadi qızının və tibb bacısı Vəliyeva Xalidə Məmməd qızının 50 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə hər iki əməkdaşın uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət, peşəkarlıq, uşaqların sağlam və hərtərəfli inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilmişdir. Çıxış edənlər yubilyarları səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışlar.
Yubiley münasibətilə ETİHİ Qazax Rayon komitəsi tərəfindən yubilyarlara gül dəstələri, qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir iştirakçıları təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ETİHi Qazax Rayon Komitəsinə, xüsusilə komitənin sədri Həsənova Donara xanıma dərin minnətdarlıqlarını bildirmiş, müəllim və digər təhsil işçilərinin əməyinə verilən yüksək dəyəri xüsusi vurğulamışlar.
ETİHi Qazax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin qiymətləndirilməsi və əlamətdar günlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
🌹 Əmək fədakarlığına verilən dəyər – 65 illik yubiley qeyd olundu

🌹 Əmək fədakarlığına verilən dəyər – 65 illik yubiley qeyd olundu
Qazax rayonunun Ağköynək kənd tam orta məktəbinin ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızının 65 illik yubileyi münasibətilə səmimi tədbir keçirilmişdir.
Tədbirdə Nəzakət müəllimənin təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasında göstərdiyi əvəzsiz xidmətlər və müəllim adına layiq peşəkarlığı yüksək qiymətləndirilmişdir. Çıxış edənlər ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar.
Yubiley münasibətilə Nəzakət müəlliməyə xatirə hədiyyəsi, gül buketi və fəxri fərman təqdim edilmiş, onun əməyinə göstərilən diqqət və qayğı böyük məmnunluqla qarşılanmışdır.
Tədbir iştirakçıları yubileyin təşkilinə və göstərilən diqqətə görə EtihiQazax Rayon komitəsi -nin sədri Həsənova Donara xanıma öz dərin minnətdarlıqlarını ifadə etmiş, təhsil işçilərinə göstərilən qayğı və dəstəyin yüksək dəyər daşıdığını vurğulamışlar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı -nin Qazax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi və yubiley, əlamətdar günlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
🌿 Hacıkəndə yaddaqalan gəzinti təşkil olundu

🌿 Hacıkəndə yaddaqalan gəzinti təşkil olundu
Qazax şəhər 2 nömrəli Uşaq Bağçasının kollektivi üçün Hacıkəndə gəzinti təşkil olunmuşdur.
Gəzintinin əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda Azərbaycanın füsunkar təbiət guşələrindən biri olan Hacıkəndin gözəllikləri ilə yaxından tanış olmaq olmuşdur.
Səfər zamanı iştirakçılar Hacıkəndin təmiz havasından, əsrarəngiz təbiətindən zövq almış, maraqlı və xoş anlar yaşamışlar. Gəzinti kollektiv üzvlərinin istirahətinə, ünsiyyətinin güclənməsinə və xoş əhval-ruhiyyənin formalaşmasına töhfə vermişdir.
Belə tədbirlər əməkdaşların motivasiyasının artırılmasına, kollektiv ruhunun möhkəmləndirilməsinə və sağlam iş mühitinin formalaşmasına xidmət edir.
İştirakçılar təşkil olunan gəzintiyə görə minnətdarlıqlarını ifadə etmiş, bu cür tədbirlərin davamlı keçirilməsini arzulamışlar.
Aşağı Salahlı kənd körpələr evi uşaq bağçasında yeni İlk həmkarlar sədri seçildi.

Aşağı Salahlı kənd körpələr evi uşaq bağçasında yeni İlk həmkarlar sədri seçildi.
Qazax rayon Aşağı Salahlı kənd körpələr evi uşaq bağçasında yeni həmkarlar təşkilatının sədrinin seçilməsi məqsədi ilə iclas keçrildi. Tədbirdə EtihiQazax Rayon komitəsinin sədri pedaqoji kollektiv iştirak edirdi.Rayon komitəsinin sədri həmkar təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğuladı.Yeni sədr seçkisinin keçrilməsinin məqsədi və hədəfləri barədə məlumat verdi. Seçki açıq səsvermə yolu ilə aparıldı. Kollektivin yekdil qerarı ilə Alnaqova Billurə Cahangir qızı bağçanın yeni həmkarlar təşkilatının sədri seçildi.
Yeni seçilmiş sədr kollektivin ona göstərdiyi etimada görə təşəkkürnü bildirdi və bundan sonra müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının qorunması və kollektivdə sağlam əməkdaşlıq mühitinin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd etdi.
🌹 65 illik yubiley münasibətilə təbrik

🌹 65 illik yubiley münasibətilə təbrik
ETİHİ Qazax Rayon Komitəsi tərəfindən Qazax rayon Aşağı Salahlı kənd Körpələr Evi–Uşaq Bağçasında dalandar vəzifəsində çalışan Alnaqova Laləzər Məhəmməd qızının 65 illik yubileyi qeyd olunmuşdur.
Uzun illər ərzində məsuliyyətlə və vicdanla çalışaraq kollektivin hörmətini qazanan Laləzər xanım yubileyi münasibətilə səmimi təbrik edilmiş, ona xatirə hədiyyəsi və gül dəstəsi təqdim olunmuşdur.
ETİHİ Qazax Rayon Komitəsi Laləzər xanıma göstərdiyi zəhmətə və fədakar əməyinə görə təşəkkür edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayır.
Ağköynək kənd tam orta məktəbində yubley tədbiri

Ağköynək kənd tam orta məktəbində yubley tədbiri
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən Ağköynək kənd tam orta məktəbinin texniki işçisi Əliyeva Mahirə Hacı qızının 65 illik yubileyi münasibətilə tədbir keçirildi.
Uzun illər ərzində məktəbdə zəhmətkeşliyi və məsuliyyətli əməyinə görə yubilyar səmimi təbrik edildi, ona gül buketi, hediyyə təqdim olundu və ən xoş arzular çatdırıldı.
Əliyeva Mahirə Hacı qızını əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və xoş günlər arzulayırıq. Əməyi və fədakarlığı hər zaman yüksək qiymətləndirilsin!
📍 Tovuz rayonu "Suyun Səsi" İstirahət Mərkəzinə təşkil olunan gəzinti

📍 Tovuz rayonu "Suyun Səsi" İstirahət Mərkəzinə təşkil olunan gəzinti
Etihi Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin əməkdaşları üçün Tovuz rayonunda yerləşən "Suyun Səsi" İstirahət Mərkəzinə istirahət və asudə vaxtın səmərəli təşkili məqsədilə gəzinti təşkil olunmuşdur.
Tədbir iştirakçıları mərkəzin füsunkar təbiəti, təmiz havası və rahat istirahət şəraiti ilə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşamışlar. Səmimi mühitdə keçirilən bu gəzinti əməkdaşlar arasında ünsiyyətin möhkəmlənməsinə, kollektiv həmrəyliyinin daha da güclənməsinə və iş motivasiyasının artırılmasına müsbət təsir göstərmişdir.
Etihi Qazax Rayon Komitəsi əməkdaşların sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi istiqamətində bu cür tədbirlərin keçirilməsini gələcəkdə də davam etdirəcəkdir.
Əməkdaşlarımıza xoş istirahət arzulayır, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.
Qazax şəhər 3 nönrəli körpələr evu uşaq bağçasının kollektivinin Qax rayonuna ekskursiyası

Qazax şəhər 3 nönrəli körpələr evu uşaq bağçasının kollektivinin Qax rayonuna ekskursiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayonu Qazax şəhər 3 nönrəli körpələr evu uşaq bağçasının kollektivi Azərbaycanın füsunkar və zəngin təbiətə malik bölgələrindən olan Qax rayonuna səfər ediblər.
Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsidir.
ETİHİ Qazax Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
📍 Şəki şəhərinə təşkil olunan gəzinti

📍 Şəki şəhərinə təşkil olunan gəzinti
Etihi Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax şəhər 5 nömrəli körpələr evi uşaq bağçasının əməkdaşları üçün Şəki şəhərinə və Şəki Yaylasına maarifləndirici və istirahət məqsədli gəzinti təşkil olunmuşdur.
Gəzinti iştirakçılara Şəkinin zəngin tarixi, mədəni irsi və ecazkar təbiəti ilə yaxından tanış olmaq imkanı yaratmışdır. Şəki Yaylasının füsunkar mənzərələri, təmiz havası və gözəl təbiəti əməkdaşlarımızın xoş istirahətinə, həmçinin kollektiv ruhunun daha da möhkəmlənməsinə töhfə vermişdir.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin gücləndirilməsi və onların motivasiyasının artırılmasıdır.
Əməkdaşlarımıza xoş istirahət arzulayır, gələcəkdə də bu cür maraqlı və faydalı tədbirlərin davam etdiriləcəyini bildiririk.
Qazax Dövlət Sosial- İqtisadi Kolleci kollektivinin Şəki yaylasına səyahəti

Qazax Dövlət Sosial- İqtisadi Kolleci kollektivinin Şəki yaylasına səyahəti
EtihiQazax Rayon komitəsinin dəstəyi ilə Qazax Dövlət Sosial- İqtisadi Kolleci PHŞ-nin bir qrup işci heyyəti Şəki yaylasında istirahətdə olmuşlar. Bu səyahət onlar üçün çox faydalı olmuşdur. Belə gözəl gəzinti üçün kollektiv üzvləri ETİHİ Qazax Rayon Komitəsinin sədri Donara xanıma öz təşəkkürlərini bildirmişlər.


