Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının tərkib hissəsi olaraq, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Rayon Komitəsi öz üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.Biz həmkarlar olaraq işçilərlə işə götürənlər arasında sağlam münasibətlərin qurulmasına,əmək qanunvericiliyinə rayət edilməsinə,sosial ədalət prinsiplərinin qorunmasına daim nəzarət edirik.
Struktur baxımından Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.
İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 70 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 2724 ittifaq üzvünü özündə birləşdirir.
Qazax Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


